Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

Keçmiş hərbçilər evsiz qalmaq təhlükəsi ilə üz-üzə


Təklif olunan evlər sənədləşdirilmir
Təklif olunan evlər sənədləşdirilmir
Hacıqabul şəhərinin mərkəzindəki hərbi şəhərcikdə yaşayan 340-a yaxın ailə hələ bir il əvvəl şəhərcikdən köçürülüb və şəhərciyin böyük hissəsi artıq sökülüb. İndi orda bir neçə ailə qalıb ki, onlar evlərinin əvəzində verilən mənzillərə qane olmurlar. Demələrinə görə, birincisi, təklif olunan evlər onların adına sənədləşdirilmir, ikincisi, həmin evlər də qəzalı vəziyyətdədir və yaxın vaxtlarda söküləcəyi gözlənilir. İndi keçmiş hərbçilər Ədalət QəmbərovBəxtiyar Vəkilov evlərindən çıxmırlar və etiraz olaraq aclıq aksiyası keçirirlər.

«CAMAATI BURDAN ZÜLMLƏ ÇIXARTDILAR»


Ədalət Qəmbərov deyir ki, 25 il orduda xidmət edib. 2002-ci ildə təqaüdə çıxıb. Əlindən çıxmaqda olan bu mənzil ona 1986-cı ildə verilib. 1 ildən yuxarıdır onu başqa yerə köçürmək istəyirlər. Ədalət Qəmbərov:

- Biz də deyirik ki, bizi evlə təmin edin, çıxaq. Bizə yararsız ev təklif etdiklərindən və hətta verdikləri həmin evi də sənədləşdirmədiklərindən ondan imtina edirik. Etiraz olaraq aclıq aksiyası keçiririk. Səbəb kimi onu göstərirlər ki, qrunt suları ilə əlaqədar olaraq guya evlərdə çat əmələ gəlib. Biz də hazırda bu evlərdə yaşayırıq, çat yox, bir şey yox. Camaatı burdan zülmlə çıxartdılar. Orda yaşayanların bəziləri qeyri-qanuni idi, bəzilərinə də 5 mərtəbələrdə, 2 mərtəbələrdə ev təklif elədilər. Onları köçürtdülər. O evlər də ki, bərbad haldadır, biz o evlərdən imtina etdik. Məhkəmə onlardan sənəd tələb elədi ki, bunları nə əsasla çıxarırsınız evdən. Ancaq onlar heç bir sənəd təqdim eləmədilər. Məhkəmə tələb etdi ki, sənəd gətirin ki, həqiqətən də bu mülklər, bu şəhərcik, sizə məxsusdur və kimin sərəncamı əsasında bunları şəhərcikdən çıxarırsınız. İki gün sonra proses davam edəndə məhkəmə qəti fikrini dəyişdi. Ancaq onlar tərəfə hərəkət etməyə başladı. Burda bir şöbə tikilib, hazırdır, açılışı olmalıdır, bir yataqxana tikilib, Deyirlər, bundan əlavə, 5 bina ucaldılacaq. Məhkəmədə də demişik, özlərinə də demişik, qrunt suları varsa, necə olur ki, bizim evlər sökülür, siz burda binalar ucaldırsınız.

«DEYİRƏM EV VERİRSİNİZ, «KUPÇA»SINI DA VERİN»

Ədalət Qəmbərov deyir onu narahat edən odur ki, ona təklif olunan evi adına rəsmiləşdirmək istəmirlər:

- Dedim o evi mənə verirsinizsə, «texpasportunu» da verin, məni ora qeydiyyata salın, «kupçasını» da verin, bilim ki, bu ev mənə məxsusdur. Bundan da imtina elədilər. Söhbət də var ki, həmin binalar mart ayında sökülməlidir. Köçürülən vətəndaşların heç birini qeydiyyata salmırlar, deyirlər bizə tapşırıblar ki, ora heç kəsi qeydiyyata salmayın.

«NECƏ OLA BİLƏR Kİ, QEYDİYYATA ALMASINLAR»

Ədalət Qəmbərovun qonşuluğunda yaşayan Bəxtiyar Vəkilov da evdən çıxmaq fikrində deyil. Bəxtiyar Vəkilov:

- Yaxşı evimi əlimdən alır, göndərir məni qəzalı evə. O da xidməti evdir, sabah-birigün o evlər də
Vəkil Xalid Bağırov deyir ki, vətəndaşın qanuni mənzilini ondan alırlarsa, əvəzi olaraq köçürüldüyü mənzil mütləq onun adına rəsmiləşdirilməlidi
söküləcək.

- Sizi hansı evə ki köçürmək istəyirlər, o evi sizin adınıza sənədləşdirirlər?


- Sənədi, qeydiyyatı ümumiyyətlə yoxdur. Bunların məqsədi odur ki, sənədli evi əlimdən alsınlar, göndərsinlər məni sənədsiz evə, ordan da atsınlar çölə. Çünki mart ayının sonları o evlər də söküləcək. Məndə həyət evidir, təmirli evdir, 5 otaqlı evim var, həyətyanı sahəm var, qazandığımı evin üstünə qoymuşam. Bundan sonra mən təqaüdlə gedib nə iş görə bilərəm ki?

Hərbi şəhərcik Daxili Qoşunlara məxsusdur. Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova deyir ki, sökülən evlər köhnə, istifadə müddəti başa çatmış evlərdir. Təranə Məmmədova:

- Prezidentin 280 saylı, 31 may 1992-ci il tarixli sərəncamı ilə sabiq aviasiya polkunun əraziləri Daxili Qoşunların Hacıqabulda yerləşən operativ idarə balansına verilib. Hərbi şəhərcikdə 1952-ci ildə tikilmiş evlərin qəzalı vəziyyətində olmaları nəzərə alınaraq onların sökülməsi, ərazidə yenidənqurma və abadlıq işləri aparılması planlaşdırılıb. Bu səbəbdən də hərbi şəhərcikdə qeyri-qanuni yaşayan vətəndaşlar çıxarılıb, qanuni yaşayan vətəndaşlar isə hərbi şəhərcikdə olan 2 və 5 mərtəbəli binalara yerləşdiriliblər. Bəxtiyar Vəkilova ailə üzvləri ilə birlikdə digər yaşayış sahəsi təklif olunmasına baxmayaraq, o, bundan imtina edir və qəza vəziyyətində olan binadan çıxmayacağını bildirir. Onun evinin sahəsi 58 kvadratdır, ona isə bir 70, bir də 50 kvadratlıq mənzil verirlər. Çünki onun qızı da öz uşaqlarıyla onunla bir evdə yaşayır, həmin evdə qeydiyyatdadır, ona da ayrıca ev verilir.

- O adam evdən ona görə çıxmaq istəmir ki, deməsinə görə, ona verilən evi adına rəsmiləşdirmirlər.


- Necə ola bilər ki, qeydiyyata salmasınlar. O biriləri necə yerləşdiriblərsə, onu da o şəkildə yerləşdirəcəklər.

DAŞINMAZ ƏMLAKIN ƏVƏZİ ƏDALƏTLİ ÖDƏNİLMƏLİDİR

Vəkil Xalid Bağırov deyir ki, vətəndaşın qanuni mənzilini ondan alırlarsa, əvəzi olaraq köçürüldüyü mənzil mütləq onun adına rəsmiləşdirilməlidir:

- Vətəndaşların qanuni istifadəsində olan yaşayış sahələri onlardan alınırsa, o zaman onlara əvəzi ödənilməlidir. Belə ki, qanuni yaşayış sahəsi onların mülkiyyətində idisə, bunun əvəzinin ödənilməsi qaydası Mülki Məcəllənin 157.9-cu maddəsi ilə nizamlanır. Orda birbaşa yazılır ki, dövlət mənafeləri üçün, yaxud da digər hər hansı səbəbdən vətəndaşın mülkiyyətində olan daşınmaz əmlak onlardan alındıqda, onun əvəzi ədalətli şəkildə ödənilməlidir. Ödənildikdən sonra onlar həmin əmlakdan məhrum oluna bilərlər. Bu vətəndaşlar şikayət edirlər ki, onların qanuni istifadəsində olan əmlak onlardan alınır, ancaq onlara əvəzi olaraq verilən yaşayış sahələrinə dair heç bir hüquqi sənəd verilmir... Əvəz olaraq təqdim olunan yaşayış sahəsinə həmin vətəndaşın hüququ barədə hər hansı bir sənəd verilmirsə, bu, o deməkdir ki, ona heç bir yaşayış sahəsi verilmir.

Vəkil deyir ki, yaşayış sahəsi vətəndaşların adlarına sənədləşdirilmədiyindən, əmlaklar onlardan istənilən vaxt alına bilər.

Buna da bax:

XS
SM
MD
LG