Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Cəbhə bölgəsində atəşkəs pozulub


Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 21-də səhər və axşam saatlarında müxtəlif mövqelərdə atəşkəsi pozublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, erməni hərbçiləri Tərtər rayonunun Qızıl oba kəndi yaxınlığında, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Azərbaycan tərəfi də cavab atəşi açıb. İtki yoxdur.
XS
SM
MD
LG