Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:00

Şəmkir korpusunda qətliam, praqmatik siyasətin real qələbələri və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzetinin «ŞƏMKİR KORPUSUNDA NÖVBƏTİ QƏTLİAM» manşetli yazısı N saylı hərbi hissədə bir əsgərin 7 əsgəri güllələməsi haqqındadır.

Hərbi ekspertlər bildiriblər ki, bu hadisə ordudakı qeyri-insani davranışın nəticəsidir.

«MÜXALİFƏT NƏ ZAMAN MEYDANLARA ÇIXACAQ» başlıqlı məqalədə bu suala AXCP və Müsavat Partiyaları funksionerləri cavab veriblər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qəzetə bildirib ki, aksiyalar yazda başlayacaq.

Müsavat başqanının müavini Tofiq Yaqublu isə deyib ki, «son zamanlar dünyada baş verən demokratik dəyişikliklər, xalq azadlıq hərəkatları Azərbaycan cəmiyyətini də ruhlandırıb». O deyib ki, aksiyalara fevralın sonu, martın əvvəllərində başlayacaqlar.

«Yeni Müsavat» qəzeti də 7 əsgərin güllələnməsi hadisəsi ilə bağlı məqalə dərc edib. Məqalə «SƏFƏR ƏBİYEV İSTEFAYA GETMƏLİDİR» başlığı altında dərc olunub. Qəzet yazır ki, müdafiə naziri ordudakı neqativlərin qarşısını ala bilmir.

«Yeni Müsavat»da dərc olunmuş başqa bir məqalə təhsil müəssisələrinin mühafizəsi ilə bağlıdır. Qəzet yazır ki, Neft Akademiyasında mühafizəçilər tələbə bileti olmayanları içəri buraxmayıblar. Bakı Dövlət Universitetinin bəzi korpuslarında mühafizə sistemi ciddi rejimdə işləsə də, bəzi korpuslarda rahatlıqla içəri daxil olmaq mümkündür. İqtisad Universitetində isə mühafizə xidməti lazımi qaydada fəaliyyət göstərir. Azərbaycan Dillər Universitetinə də daxil olmaq çətin deyil.

«Bizim Yol» qəzeti politoloq Eldar Namazovla «ƏVVƏL SOSİAL PARTLAYIŞ, ARDINCA SİYASİ TƏLƏBLƏR GƏLİR» başlıqlı müsahibə dərc edib.

Politoloq deyib ki, ərəb ölkələrində baş verən inqilablar Azərbaycan insanına mənəvi-psixoloji tərəfdən təsir edir:

«Azərbaycan cəmiyyəti belə prosesin başqa ölkələrdə getdiyini görəndə bilir ki, hər bir vətəndaşdan çox şey asılıdır. Əgər cəmiyyət fəal olsa, vətəndaşlar öz hüquqlarını tələb etməkdən çəkinməsə, Azərbaycanda da demokratik sistem qurmaq mümkündür və labüddür».

«Azərbaycan» qəzetində «PRAQMATİK SİYASƏTİN REAL QƏLƏBƏLƏRİ» başlıqlı məqalədə Azərbaycanın xarici siyasətdəki uğurlarından bəhs olunur.

Qəzet yazır ki, dünya birliyinin müstəqil siyasi subyekti kimi Azərbaycan dövləti öz xarici siyasətini milli maraqlar, beynəlxalq hüquq normaları, demokratiya və bazar iqtisadiyyatı kimi dəyişməyən prinsiplərə əsaslanaraq həyata keçirir.

«Xarici siyasət dövlətin inkişafı üçün maksimum beynəlxalq əlverişli mühitin təmin olunmasına xidmət edən strateji resursdur. Adətən, bu resurs həmin məqsədlə istifadə edilmədikdə, fərqli iddiaların razı salınması naminə daxili resursların kənar diktəyə uyğun olaraq sərf edilməsi kimi arzuolunmaz vəziyyət baş verir. Azərbaycan məhz birinci mənada başa düşülən siyasəti ilə dünyada etiraf edilən nailiyyətlər qazanmışdır. Bu günə nəzər saldıqda, ümummilli problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə bütün resursların cəlb edildiyi xarici siyasətin hansı yeni konseptual xüsusiyyətlərinin olması, konkret hansı nəticələr verməsi diqqət mərkəzində olmalıdır. Çünki yalnız bu halda həmin nəticələrin qarşıdakı illər üçün yaratdığı əsas aşkara çıxır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG