Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Mərkəzi Seçki Komissiyası formalaşdırılır


Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. İclasda İnzibati Xətalar məcəlləsinə əlavə və dəyişiklik, Gömrük Məcəlləsi və digər məsələlər müzakirə olunacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması da müzakirə ediləcək məsələlər sırasındadır. Artıq MSK üzvlüyünə namizədlərin siyahısı, onların tərcümeyi-halı da daxil olmaqla məlumatlar parlament üzvlərinə təqdim olunub. 18 nəfərlik yerə elə 18 nəfər də namizəd var. Namizədlərin əksəriyyətini parlamentdə səs çoxluğu olan hakim Yeni Azərbaycan Partiyası sürüb.

Namizədliyi Ədalət Partiyasından irəli sürülən Elxan Şükürlü siyahıda yoxdur. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov “Media forum” saytına açıqlamasında bildirib ki, Elxan Şükürlünün adının siyahıya salınmamasının səbəbi onlara məlum deyil: “Biz öz hüququmuzdan istifadə edib MSK üzvlüyünə namizəd irəli sürmüşük. Lakin onu MSK üzvlüyünə namizədlər siyahısına salmayıblar. Biz heç bir partiya ilə bu məsələni müzakirə edib birgə namizəd irəli sürməmişik”. Millət vəkilinin sözlərinə görə, Ədalət Partiyasının MSK-dakı yeri Ana Vətən Partiyasına verilib: “Biz bununla razı deyilik və etirazımızı bildirəcəyik”.
XS
SM
MD
LG