Liviya rəhbəri Muammar Qaddafi dövlət televiziyasında görünüb. O deyib ki, paytaxt Tripolidədir və iddia olunduğu kimi Venezuelaya getməyib.
Etirazlar başlayandan sonra Qaddafı ilk dəfə yağış altında çətirlə görünüb.
Ötən həftədən Liviyada xalq hərəkatı başlayıb. Əsas tələb ölkəni 1969-cu ildən idarə edən dövlət başçısı Muammar Qaddafinın istefasıdır. Hakimiyyət aksiyaçılara qarşı amansız güc tətbiq edir, yüzlərlə ölən var. Fevralın 21-də ölkənin müxtəlif şəhərlərində, eləcə də paytaxt Tripolidə baş verən qanlı toqquşmalardan sonra Muammar Qaddafinın Venesuelaya qaçdığı xəbəri yayılmışdı.