Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:45

Azərbaycan polisi Almaniyada təcrübə keçəcək


ATƏT-in Bakı Ofisi Azərbaycanın polis zabitləri üçün Almaniyaya təcrübə səfərini təşkil edib.

ATƏT-in Bakı Ofisindən verilən məlumatda belə deyilir.

ATƏT-in Bakı Ofisi bu təcrübə səfərini Almaniyanın Saksoni əyalətinin Daxili İşlər Nazirliyi ilə birlikdə təşkil edib.

Səfər zamanı polis işçiləri Maqdenburq və Berlində təcrübələrə yiyələnməklə cəmiyyət dəstəkli polis işi vasitəsilə cinayətin qarşısının alınması haqqında məlumat əldə edəcəklər.

Onlar həmçinin, polis ilə cəmiyyət arasında əməkdaşlıq və cinayətin qarşısının alınmasına dair Azərbaycanın əldə etdiyi təcrübələri bölüşəcəklər.
XS
SM
MD
LG