Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:53

Liviyanın paytaxtında toqquşmalar davam edir


Liviyanın paytaxtı Tripolidə Muammar Gaddafinin əleyhdarları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar davam edir.

Etirazçılar hökumət binalarını və dövlət televiziyasının binasını yandırıblar.

Gecə Qaddafinin oğlu Seif al-Islam Qaddafi televiziya ilə çıxışında bildirmişdi ki, hökumət “son gülləsinə qədər” özünü müdafiə edəcək.

Beynəlxalq hüquq-müdafiə təşkilatı olan Human Rights Watch Liviyada 5 günlük qarşıdurmalarda 200-dən artıq adamın öldüyünü bildirir.
XS
SM
MD
LG