Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:54

Pekin və Şanxayın küçələrinə əlavə polis qüvvələri çıxarılıb


Pekin, Şanxay və Çinin digər şəhərlərində küçələrə əlavə polis qüvvələri çıxarılıb.

Buna səbəb bazar günü sosial internet şəbəkələrinin etiraz aksiyalarına çağırması olub.

Bir sıra insan haqları fəalları və toplaşıb bu məsələdən danışan adamların saxlandığı xəbər verilir.

Son vaxtlar Çinin internet saytlarında Tunis və Misirdən ibrət götürməyə çağıran məlumatlar peyda olur.

Hakim dairələr ölkədə internet üzərində ciddi nəzarət tətbiq edib.
XS
SM
MD
LG