Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:10

İran Aralıq dənizinə 2 hərbi gəmi göndərir


İsrail İranın Suez canalı ilə Aralıq dənizinə 2 hərbi gəmi göndərmək planından dərin narahatdır.

Bunu İsrailin baş naziri Benjamin Netanyahu bildirib.

O, qeyd edib ki, İran Misirdəki qeyri-sabitlikdən istifadə edərək regionda nüfuzunu artırmağa cəhd göstərir.

Misirin hakim dairələri bundan əvvəl artıq gəmilərin kanladan keçməsi ilə bağlı İran kütləvi informasiya vasitələrinin yaydığı məlumatları təkzib edib.

Kanala nəzarət edən idarə bildirib ki, gəmilər hələ ki, növbə gözləyir və çox güman ki, kanaldan bazar ertəsi keçəcəklər.

Bu Misir hökumətinin 1979-cu il İran İslam İnqilabından sonra İranın hərbi gəmilərinin kanaldan keçməsinə verdiyi ilk icazədir.
XS
SM
MD
LG