Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 01:50

Azərbaycanlı ailə həlak olub


Rusiyanın İvanova şəhərində yaşayan azərbaycanlı ailəsi faciə ilə üzləşib. İlkin ehtimala görə, elektrik xəttində baş verən qısaqapanma nəticəsində ailənin üç üzvü həlak olub, biri isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Masallı rayon Ərkivan kənd sakini İldırım Nəzərli “Yeni Müsavat” qəzetinə bildirib ki, ailənin xanımı və iki azyaşlı uşağı ölüb, ailə başçısı Zabit Sadıqov isə hazırda xəstəxanadadır. İ.Nəzərli deyib ki, ailə 10 il əvvəl Rusiyaya köçübmüş: “Zabit Sadıqov Rusiyada xırda ticarətlə məşğul olurdu”.
XS
SM
MD
LG