Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:13

Magistraturanın ilk mərhələsinin imtahanı keçirilir


Fevralın 20-də ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanlarının ilk mərhələsi keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirilir. Komissiyadan bildirirlər ki, magistr adı uğrunda keçiriləcək imtahanda iştirak etmək üçün 16510 bakalavr ərizəsini təsdiq etdirib.

İmtahanların birinci mərhələsində bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkür) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar.
XS
SM
MD
LG