LİVİYADA TOQQUŞMALARDA AZI 84 NƏFƏR HƏALK OLUB
Human Rights Watch təşkilatı Liviyada nümayişlər dağıdılarkən 84 adamın öldürüldüyünü xəbər verir.
Mitinqçilər Tobruk şəhərində Liviya lideri Muammar Qadhafinin yaşıl kitab üstündə büstünü uçururlar, 17 fevral 2011
Təkcə Benqazi şəhərində 35 adam həlak olub.
Bəzi məlumatlara görə, aksiyaçılar şəhərdəki hava limanını ələ keçiriblər.
Həftə ərzində ölkənin azı 4 şəhərində etiraz aksiyaları və toqquşmalar müşahidə olunub.
Amma hələlik paytaxt Tripolidə elə bir böyük gərginlik yaçanmır.
Dövlət kütləvi informasiya vasitələri istənilən etiraz aksiyasının boğulacağını xəbərdarlıq edirlər.
Facebook da daxil olmaqla ölkədə internet saytlarına blok qoyulub, bir neçə rayonda elektrik enerjisi kəsilib.
Aksiyaçılar ölkədə islahatlar aparılmasını tələb edirlər.
Liviya prezidenti Muammar Gaddafi 40 ildən çoxdur ki, hakimiyyətdədir.
BƏHREYN KRALI ORDUNU MEYDANDAN ÇIXARDI, MİTİNQLƏR DAVAM EDİR
Bəhreyində minlərlə nümayişçi şəhərin mərkəzi meydanına daxil olub.
Xüsusi təyinatlı polis dəstələri əvvəl nümayiçilərə qarşı güc tətbiq eləsələr də sonradan meydanı tərk ediblər.
Orduya şəhərin mərkəzi küçələrindən çıxmaq göstəriş verilib.
Müxalifətdə olan şiə qrupu bundan əvvəl hakimiyyətin ümummilli dialoqa getmək təklifini rədd edib.
Vefaq blokunun liderləri bildiriblər ki, ilk növbədə hökumət istefa verməli, ordu qüvvələri isə paytaxtın küçələrindən çəkilməlidir.
Bəhreyni sünni azlığı idarə edir.
Aksiyaçılar hökumətin istefasını və şiələr qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edirlər.
YƏMƏNDƏ TOQQUŞMALAR DAVAM EDİR, DAHA BİR NƏFƏR HƏLAK OLUB
Şənbə günü Yəmənin paytaxtı Sanaada prezident Ali Abdullah Salehin tərəfdarları ilə əlehdarları arasında baş vermiş toquşmada azı 1 nəfərin öldüyü xəbər verilir.
Toqquşma universitetin ərazisində, tələbələrin prezidentin istefası tələbilə keçirdiyi etiraz nümayişi zamanı baş verib.
Ölən tələbədir.
10 gündür ki, ölkədə etiraz aksiyaları keçirilir.
Bu müddət ərzində baş vermiş toqquşmalarda 10 adam ölüb.
ƏLCƏZAİRDƏ MİTİNQÇİLƏR POLİSİN MÜQAVİMƏTİNİ QIRIB, MEYDANA DAXİL OLUB
Polis şəhərin mərkəzi meydanına gedən yolları bağlasa da bir qrup aksiyaçı səddi yararaq meydana girib.
Ötən bazar günü şəhərdə nümayiş keçirmək cəhdi polislə güclü toqquşmalarla nəticələndi.
Əlcəzair müxalifəti ölkədə islahatlar aparılmasını tələb edir.
Hakimiyyət 19 ildir ki, ölkədə tətbiq olunmuş fövqəladə vəziyyət rejiminin ayın sonunda ləğv ediləcəyini vəd verib.
İRAN MÜXALİFƏTİ TƏRƏFDARLARINI BAZAR GÜNÜ KÜÇƏLƏRƏ ÇAĞIRIB
İran müxalifəti tərəfdarlarını bazar günü Tehran və ölkənin digər şəhərlərində kütləvi etiraz aksiyalarına çağırıb.
Associated Press agentliyinin məlumatına görə, aparıcı müxalifət saytlarından birində “Dini diktaturaya qarşı mübarizə” çağırışı peyda olub.
Bazar ertəsi ölkədə keçirilmiş etiraz aksiyasında təhlükəsizlik qüvvələri ilə toqquşmada 2 nümayişçi ölüb.
Dünən isə Tehranda hakimiyyət tərəfdarları nümayişə çıxıb.
Müxalifət liderləri Mir Hossein Mousavi ilə Mehdi Karroubi hazırda ev dustağıdırlar.