Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 16:40

Şənbə günü Yəməndə baş vermiş toqquşmada 1 nəfər ölüb


Şənbə günü Yəmənin paytaxtı Sanaada prezident Ali Abdullah Salehin tərəfdarları ilə əlehdarları arasında baş vermiş toquşmada azı 1 nəfərin öldüyü xəbər verilir.

Toqquşma universitetin ərazisində, tələbələrin prezidentin istefası tələbilə keçirdiyi etiraz nümayişi zamanı baş verib.

Ölən tələbədir.

10 gündür ki, ölkədə etiraz aksiyaları keçirilir.

Bu müddət ərzində baş vermiş toqquşmalarda 10 adam ölüb.
XS
SM
MD
LG