Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Bakıda məhbus intihar edib


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində intihar hadisəsi baş verib.

Bu barədə ANS PRESS agentliyi Nizami rayon Prokurorluğuna istinadla xəbər verir.
Prokurorluğun məlumatına görə, hadisə dünən axşam saatlarında Nizami rayonundakı 1 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

49 yaşlı məhbus Asim Məmmədov özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Asim Məmmədov CM-nin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə 5 il azadlıqdan məhrum edilmişdi.
XS
SM
MD
LG