Keçid linkləri

2026, 19 İyul, bazar, Bakı vaxtı 10:45

İran müxalifəti tərəfdarlarını kütləvi nümayişə çağırıb

İran müxalifəti tərəfdarlarını bazar günü Tehran və ölkənin digər şəhərlərində kütləvi etiraz aksiyalarına çağırıb.

Associated Press agentliyinin məlumatına görə, aparıcı müxalifət saytlarından birində “Dini diktaturaya qarşı mübarizə” çağırışı peyda olub.

Bazar ertəsi ölkədə keçirilmiş etiraz aksiyasında təhlükəsizlik qüvvələri ilə toqquşmada 2 nümayişçi ölüb.

Dünən isə Tehranda hakimiyyət tərəfdarları nümayişə çıxıb.

Müxalifət liderləri Mir Hossein Mousavi ilə Mehdi Karroubi hazırda ev dustağıdırlar.
This item is part of
XS
SM
MD
LG