Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:20

Liviyada baş vermiş toqquşmalarda 84 adam ölüb


Human Rights Watch təşkilatı Liviyada nümayişlər dağıdılarkən 84 adamın öldürüldüyünü xəbər verir.

Təkcə Benqazi şəhərində 35 adam ölüb.

Bəzi məlumatlara görə, aksiyaçılar şəhərdəki hava limanını ələ keçiriblər.

Həftə ərzində ölkənin azı 4 şəhərində etiraz aksiyaları və toqquşmalar müşahidə olunub.

Amma hələlik paytaxt Tripolidə elə bir böyük gərginlik yaçanmır.

Dövlət kütləvi informasiya vasitələri istənilən etiraz aksiyasının boğulacağını xəbərdarlıq edirlər.

Facebook da daxil olmaqla ölkədə internet saytlarına blok qoyulub, bir neçə rayonda elektrik enerjisi kəsilib.

Aksiyaçılar ölkədə islahatlar aparılmasını tələb edirlər.

Liviya prezidenti Muammar Gaddafi 40 ildən çoxdur ki, hakimiyyətdədir.
XS
SM
MD
LG