Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

Məhkəmə Hüquq Şurası korrusiyaya qarşı


Fevralın 18-də Məhkəmə Hüquq Şurasında korrupsiyaya qarşı mübarizə ilə bağlı iclsa keçirilib.

Bu barədə Məhkəmə-Hüquq Şurası açıqladığı məlumatda iclasa ədliyyə naziri Fikrət Məmmədovun sədrik etdiyi bildirilir.

Məlumatda deyilir ki, iclasda süründürməçilik və digər neqativ halların aradan qaldırılmasınının vacibliyi vurğulanıb.

Şurada hər bir müraciətin hərtərəfli və dolğun araşdırılması üzrə əlavə tədbirlər müəyyən olunub.

Eyni zamanda iclasda vətəndaşların hüquqlarının təmin edilməsi vəziyyəti ilə bağlı məhkəmələrdə aparılan monitorinqlərin nəticələrindən də danışılıb. Bildirilib ki, elə həmin monitorinqin nəticələrinə görə, korrupsiyaya şərait yaradan 6 hakim barədə intizam icraatı başlanıb.

Sumqayıt şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova isə töhmət verilib.


2011-ci il yanvarın 27-dən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçirdiyi korrupsiyaya qarşı mübarizəyə həsr olunan iclasdan sonra dövlət qurumları bir-birinin ardınca müşavirələr keçirməkdədilər.
XS
SM
MD
LG