Fevralın 18-də Iranda məscidlərə - cümə namazına toplaşan minlərlə hakimiyyət tərəfdarı “müxalifət liderlərinə ölüm” çağırışları səsləndiriblər.
“Musəvi və Kərrubi asılmalıdır”. Bu şüarları səsləndirən hakimiyyət tərəfdarları cümə günü həm də küçələrə çıxıb eyni tələblərlə yürüş keçirməyi planlaşdırırlar.
Mühafizəkar ruhani, Mühafizlər Şurasının rəhbəri Əhməd Cənnəti Musəvi və Kərrubini “Amerikanın nökərləri” adlandırıb.
Misir və Tunis inqilablarından ruhlanan İran müxalifəti bu həftənin əvvəli Tehran və başqa şəhərlərdə mitinqlərə cəhd edib.
Amma təhlükəsizlik qüvvələri aksiyaları dağıdıblar.