Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:57

Liviyada azı 24 nəfər həlak olub


Fevralın 17 və 18-də Liviyada müxalifətçilərə açılmış atəş nəticəsində azı 24 nəfər həlak olub. Bu haqda hüquq müdafiə təşkilatı Human Rights Watch Liviyadakı mənbələrə istinadla bildirib.

Fevralın 18-də hökumət ölkə rəhbəri Muammer Gaddafiyə qarşı etiraz aksiyalarının keçirilməsinə imkan verməyib.

Paytaxt Tripolidə müxalifət fəalları həbs olunub. Liviyanın ikinci böyük şəhəri olan Benghazidə Gaddafinin tərəfdarları ilə aksiyaçılar arasında qanlı toqquşmalar olub. Bu gün səhər şəhərə hərbi texnika gətirilib.

Gaddafi 42 ildir Liviyada hakimiyyətdədir.
XS
SM
MD
LG