Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 09:28

Belarusda müxalifət fəalı 4 il azadlıqdan məhrum edilib

Belarus məhkəməsi müxalifət fəalı Vasil Parfyankounu 4 il azadlıqdan məhrum edib.

O, ötən il dekabrın 19-da keçirilmiş prezident seçkisindən sonra ölkə paytaxtı Minskdə hərcməclik salmaqda günahkar bilinib.

Belarus müxalifəti həmin gün nəticələrin saxtalaşdırılmasına etiraz olaraq Minskdə etiraz aksiyasına çıxmışdı.

Bu iş üzrə prezidentliyə 5 keçmiş namizəd də daxil olmaqla ümumilikdə 42 nəfər mühakimə olunur.
This item is part of
XS
SM
MD
LG