Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:10

Gaddafinin tərəfdarları Tripolidə küçələrə çıxıb


Liviya prezidenti Muammar Kaddafinin yüzlərlə tərəfdarı bu gün ölkə paytaxtı Tripolidə küçələrə çıxıblar.

Qeyd edək ki, Liviya müxalifəti bu günü “Qəzəb günü” elan edib.

Human Rights Watch təşkilatı 14 müxalifət fəalı və yazıçının saxlandığını xəbər verir.

Yerli qəzetlərdən biri əl Beyde şəhərində təhlükəsizlik qüvələri ilə toqquşmada 2 gəncin öldüyünü yazır.

Müxalifət saytı isə Bengazi şəhərində baş vermiş toqquşmalarda azı 6 nəfərin öldüyünü xəbər verir.

Gaddafi 40 ildən çoxdur ki, hakimiyyətdədir.
XS
SM
MD
LG