Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 23:22

İran məhkəməsi müxalifət liderlərinin edam edilməsilə bağlı çağırışları rədd edib


İranın ali məhkəmə orqanı müxalifət liderləri Mir Hossein Mussavi və Mehdi Karroubinin həbs və edam olunmalarıyla bağlı çağırışları rədd edib.

Bunu bir sıra mühavizəkar deputatlar tələb edirdilər.

Müxalifət liderləri tərəfdarlarını Tunis və Misirdəki aksiyalara dəstək olaraq nümayişə çağırdılar və hakimiyyətin qadağasına baxmayaraq minlərlə müxalifət fəalı ötən bazar ertəsi küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndirdilər.

Hakimiyyət isə tərəfdarlarını çümə günü müxalifətə qarşı mitinqə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG