Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Prezidentliyə namizəd imtahandan kəsildi


Nazarbayev xalqa müraciətində deyir ki, səhhəti imkan verənə qədər ölkənin lideri olacaq
Nazarbayev xalqa müraciətində deyir ki, səhhəti imkan verənə qədər ölkənin lideri olacaq
Qazaxıstanda prezident olmaq istəyən ana dilindən imtahan verməlidir. Bu qayda ilk dəfədir ki, tətbiq olunur.

...Prezidentliyə namizəd Kanat Yesjanov ana dilindən imtahandan kəsildi.
48 yaşlı iddiaçı özünü müxalifətdən sayır, ancaq heç bir partiyanın üzvü deyil.
O həm də işsizdir.

“Attan Qazaxıstan” hərəkatının lideri Amantay Kazı Asılbek isə imtahana ümumiyyətlə, gəlməyib.
Dil komissiyasının sədri müxbirlərə deyib ki, müəllimlər prezidentliyə namizədi 50 dəqiqə gözləyiblər.
İndi o, Mərkəzi Seçki Komissiyasına izahat verməlidir ki, imtahana niyə gəlməyib.
Qazaxcıstanda prezident seçkilərində 3 dəfə iştirak etmiş Asılbekin 68 yaşı var.

Asılbeklə eyni gündə Qazaxıstan prezidenti Nazarbayev də gəlib, imtahan verməli idi.
Nazarbayev 90 dəqiqə çəkən şifahi və yazılı imtahanı verib.

ŞİKAYƏTİN XEYRİ YOXDUR

İmtahan 3 hissədən ibarətdir: komissiya dediyi mövzuda mətn yazmaq, verilən mətni ucadan oxumaq və verilən mövzuda 15 dəqiqəlik nitq söyləmək.
İmtahanı 5 professordan ibarət dil komissiyası götürür.
Komissiyanın qərarı dəyişdirilə bilməz. Yəni şikayət etməyin xeyri yoxdur.

Qazaxıstan bu imtahan ideyasını qonşu Qırğızıstandan götürüb. Ancaq Qırğızıstanda prezidentliyə namizədlərin dil imtahanı birbaşa televiziya ilə canlı göstərilir.
Qazaxıstanda isə imtahan bağlı qapılar arxasında keçirilir.

Müxalifət namizədləri iddia edirlər ki, prezidentliyə iddiaçıların ana dilindən məcburi imtahan verməsi siyasi fənddir və məqsəd müxalifət liderlərini seçkidən uzaqlaşdırmaqdır.

28 SƏHV


Alqa Partiyasının lideri Vladimir Kozlov prezidentliyə namizədliyini irəli sürmək istəyirdi. Ancaq dil imtahanına görə, geri çəkildi. Çünki etnik rusdur və qazax dilini pis bildiyini deyir.

Prezidentliyə namizəd Ualixan Kaisarov isə imtahana getdi, ancaq verə bilmədi.
Dil komissiyası bildirib ki, Kaisarov durğu işarələrində, tələffüzdə və üslubda 28 səhv buraxıb.

Musaqali Duambekovun isə “5 üslub səhvi olub” və az səhv etdiyinə görə, o, imtahanı verə bilib.
Duambekov Nazarbayevin tərəfdarı hesab olunsa da və imtahanı verə bilsə də, imtahandan müxalifətçilərin narazılığını başa düşür.
O deyir ki, “əgər imtahana baxsanız, onlar qazax dilini bilməyimi yoxlamırdılar. Mənə suallar tarixdən verilirdi. Mən komissiyanın dil bilməkdə əsas tələblərini anlaya bilmədim”.

5 MİLYON 300 MİN QAZAXCA BİLMİR

Qazaxıstanda prezidentliyə namizədin dildən imtahan verməsi hökumətin elan etdiyi proqram məqsədin həm də bir hissəsidir.

Nazarbayev elan edib ki, 2020-ci ilə qazax dilini bilənlərin sayı 95 faizə çatmalıdır.
Hazırda 16 milyonluq əhalinin 5 milyon 300 mini qazaxca bilmir.
Qazaxıstanda etnik qazaxlar cəmi 63 faizdir.
Əhalinin 23 faizi ruslardır, qalan 14 faiz ukraynalılar, tatarlar, çeçenlər və s-dir.

Qazaxıstanda prezident seçkiləri aprelin 3-dədir.
XS
SM
MD
LG