Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:10

Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində ciddi dəyişikliklər gözlənilir


Yaxın günlərdə Azərbaycanda qanunvericiliyə korrupsiyaya qarşı mübarizə ilə bağlı ciddi əlavə və dəyişikliklər ediləcəyi gözlənilir.

Bu barədə APA agentliyi Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Əli Hüseynova istinadla xəbər verir.

Onun sözlərinə görə,artıq milli məclisə müvafiq qanun layihəsi də təqdim olunub.

Əli Hüseynov qeyd edib ki, bu dəyişikliklər pozuntuların qarşısını almaq üçün dövlət və inzibati orqanların fəaliyyətində şəffaflığa xidmət edəcək.

Və dövlət orqanlarında korrupsiyaya qarşı mübarizə məqsədilə inzibati tədbirlərlə yanaşı, maddi həvəsləndirmədən də istifadə ediləcək.
XS
SM
MD
LG