Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 15:14

Qarın yağması tədricən səngiyir

Ölkə ərazisində qar tədricən səngiməkdədir, günün ikinci yarısında intensiv yağıntılar gözlənilmir”. Fevralın 17-də “Media forum” saytına danışan Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva belə deyib.

Umayra Tağıyeva bildirib ki, Azərbaycanın rayonlarında da yağıntı tədricən səngiyib: “Fevralın 17-dən 18-nə keçən gecə Abşeron yarımadasının bəzi yerlərində az yağıntı ehtimal olunur. Fevralın 18-də qərb rayonlarında hava yağmursuz keçəcək. Şərq rayonlarında isə sulu qar yağacağı ehtimalı var. Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara zonasında zəif yağıntı müşahidə olunacaq”.

Proqnozlara görə, fevralın 18-də dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.
This item is part of
XS
SM
MD
LG