Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:51

Müsavat yubileyi «Təbriz»də keçirir


Müsavat Partiyası 1911-ci ildə yaradılıb. İlk başqanı Məmməd Əmin Rəsulzadə olub
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. İlk başqanı Məmməd Əmin Rəsulzadə olub
Müsavat Partiyası 100 yaşını fevralın 19-da Bakıdakı «Təbriz» kinoteatrında keçirəcək.

Fevralın 17-də Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının tədbirlə bağlı müraciətinə müsbət cavab verib.

Partiya başqanının müavini Tofiq Yaqublu AzadlıqRadiosuna bu haqda məlumat verib.

Müsavat tədbir üçün fevralın 11-də müraciət etsə də, şəhər rəhbərliyi müraciətə çox gec, fevralın 17-də cavab verib.

Partiya rəhbərliyi bəyan etmişdi ki, şəhər rəhbərliyi tədbirin kinoteatrda keçirilməsinə icazə verməsə, yubileyi açıq havada keçirəcəklər.

Partiya 2011-ci ili Müsavat ili elan edib. İlboyu yubiley tədbirləri keçiriləcək. Fevralın 19-dakı tədbir bu silsilədən birincisidir.

«Tədbirə ciddi hazırlaşmışıq. Tədbirin iştirakçıları əsasən müsavatçılar olacaq. Bizim çevrədən olan bir çox insanları, araşdırmaçıları, tədqiqatçıları da dəvət edəcəyik».

Müsavat növbəti tədbirlərə Türkiyədən və Avropadan qonaqlar dəvət etməyi, hətta partiyanın 100 illiyini Tbilisidə keçirməyi də planlaşdırır.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. İlk başqanı Məmməd Əmin Rəsulzadə olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG