«Azərbaycanda nəinki hansısa səfirliyin əməkdaşı üçün, bütövlükdə respublikada yaşayan əcnəbilər üçün heç bir təhlükə yoxdur».
Bunu «Trend»ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
«Azərbaycan dövlətinin ictimai-siyasi həyatı, kriminogen vəziyyəti tam sabitdir, dövlətin nəzarəti altındadır. Ancaq hər bir səfirliyin, hər bir ölkənin təhlükəsizliklə bağlı öz meyarları var, onlar da öz meyarlarına əsaslanaraq vətəndaşlarını bu və ya digər hallardan xəbərdar etmək hüququna malikdirlər», - Ə.Həsənov deyib.
ABŞ, Böyük Britaniya və İsrail öz vətəndaşlarına ünvanladıqları xəbərdarlıq müraciətlərində onları Azərbaycanda ictimai yerlərdə ayıq-sayıq olmağa çağırıb.