Təhsil Nazirliyinə tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması kimi hallarla bağlı şikayətlər edilib.
Təhsil Nazirliyi bildirir ki, ilin əvvəlindən nazirliyin «Qaynar xətti»nə 910 müraciət daxil olub. Bunların 789-u telefonla, 121-i elektron poçt vasitəsilə qəbul edilib.
Müraciətlərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Şikayət xarakterli müraciətlər isə ümumi müraciətlərin 9.6 faizini təşkil edir. Bu müraciətlər məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlər barədədir.
Məsələn, Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər şagirdlərə məcburi qaydada təkrar məktəbli formasının satılması ilə bağlı olub.