2010-cu ildə dünyada ən azı 44 jurnalist öldürülüb, 145 media təmsilçisi isə həbs olunub.
Bu rəqəmlər Jurnalistlərin Müdafiəsi Komitəsinin BMT-nin baş qərargahında açıqladığı hesabatda öz əksini tapıb.
Komitənin rəhbəri Coel Saymon əsas diqqəti dünyanın müxtəlif yerlərində jurnalistlərə qarşı hücumlara və onların təqib olunmasına yönəldib. O, Misirdə baş verən hadisələr zamanı KİV təmsilçilərinin hücumlara məruz qaldığını xatırladıb.
Komitə rəhbəri qeyd edib ki, jurnalistlərə baş verən hadisələri işıqlandırmaq üçün təhlükəsiz şərait yaradılmalıdır:
«Jurnalistlərə hücumlar yolverilməzdir, bu, onların informasiya əldə etmək hüququnu məhdudlaşdırır». /APA/