Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:01

«Bu mübarizə əvvəlkilərdən xeyli fərqlənir»


Deputat Zahid Oruc «İşdən sonra» proqramında ölkədə aparılan korrupsiyaya qarşı mübarizəni şərh edərkən belə deyib. Deputat deyir ki, dövlət başçısının korrupsiyaya qarşı stabil kursu olub. Ancaq bu mübarizə başlıca məqsədləri ilə digərlərindən fərqlənir.

«Düşünürəm ki dövlət başçısı bu çağırışı edərkən həqiqətən də korrupsiya problemlərinin dövlətin həyati maraqlarının təhdid etdiyini nəzərə alırdı və ictimai maraqları, dövlətin vətəndaşa və ya vətəndaşın dövlətə güvəncini ciddi şəkildə əngəlləndiyini görməkdəydi. Bu birinci başlıca məsələ. İkinci məsələ. Hər gün ekran qarşısında dövlət başçısının böyük açılış mərasimlərini görən insanlar bunun paralelində bu iqtisadi-siyasi quruculuğun fonunda başqa məsələləri də qeyd edərəkdən sanki bu quruculuq bu korrupsiya və rüşvətin bir kölgəsində, kontekstində qalmağa başlayırdı. Bu isə bizə son dərəcə zərbə idi».

Zahid Oruc bildirir ki, illərdən bəri bu təhlükəyə qarşı səsini qaldıranlar nədən buna gerçək mübarizələr ortada olduğu təqdirdə belə şübhə nümayiş etdirirlər? Deputat bu şübhəli fikirlərin kimlərin xeyrinə olduğunu anlamadığını bildirir.

«Adamlarda belə təsəvvür var ki, sırf daha artıq dərəcədə bolşevikcəsinə ayrı-ayrı məmurların üzərinə başladılan səlib yürüşü sona çatsa bununla da korrupsiya fenomeni bu ölkədən götürülmüş olacaq. Halbuki bunun köklərinin nə qədər dərin olduğunu da biz ortada görməliyik».

Deputat deyir ki, məsələni idarəetmə fenomeni kimi qoymaq düzgün deyil.

«Əgər vətəndaşlar da düşünürsə ki, o övladını saxta vasitələrlə oxudacaq, sonra saxta vasitələrlə diplom alacaq, sonra o heç bir bilik ifadə etməyən diplom sonra hansısa dırnaqarası işə yarayacaq və o diplomda gəlib vətəndaşın ümumi həyatını müəyyənləşdirəcək- bunun özü də hansısa yanlış düşüncədir. Bu korrupsiyaya qaynaq verən bir ictimai tərzdir, yanaşmadır. Cənab prezident qeyd edirsə ki, burda ictimaiyyətdən daha böyük dəstək gözləyirəm, bu təkcə ona görə deyil ki, hansısa məmur çox böyük imkanlara malikdir, dövlət başçısı həmin şəxslərə qarşı mübarizəni həm də xalq kütlələri ilə birgə aparır. Bu təkcə o deyil. Həm də odur ki, vətəndaşlar da ictimai münasibətlər sistemində korrupsiya doğuran halları ortadan götürməlidirlər».

Zahid Oruc deyir ki, hakimiyyətdə təmsil olunan şəxs bizneslə məşğul olmamalıdır. Amma kiminsə malına da bolşevik münasibəti olmamalıdır.

«Ümumiyyətlə korrupsiya problemini şaxəli məsələ kimi, qlobal terror məsələsi kimi təhlil edəndə mən göz önünə hansı məsələləri gətirirəm. Həqiqətən də ümumi şəraitdən, qanunvericiliyin vəziyyətindən, onun arasındakı natarazlıqdan idarəedənlər həm də iqtisadiyyatı idarə etməsinlər, iqtisadiyyatda iştirak etməsinlər. Biz bunu da ayıra bilməmişik. Bu məsələlərlə paralel bir də göz önünə gətirdiyim fakt var. Bu da hamının malına-dövlətinə bir bolşevik münasibəti də olmaz. Bu ölkənin iqtisadi həyatını təhdid edir».

Deputat deyir ki, hamıya qarşı total həbs əməliyyatlarının aparılması korrupsiyaya son verməyəcək. O hesab edir ki, deklarasiya gərəklidir və bu mübarizəni həyata keçirmək üçün bir qurum yaradılmalıdır. Toplu qanunlar qəbul olunmalıdır. Bütün bunları isə Nazirlər Kabineti etməlidir. O ki qaldı siyasi iradəyə dövlət başçısında bu var.

«Hər kəs əmin olsun ki, dövlət başçısının iradəsi qarşısında dayanacaq xüsusi bir böyük hegemoniya, şəbəkə mövcud deyil ki, aşılmaz sədd olsun bunları keçmək mümkün olsun. Bu baş verəcəkdir. Amma sizi inandırıram və bu mövqeni qətiyyən kimlərinsə xeyrinə saymayın. Mənim aləmimdə konkret şəxslərin həbsə atılması bütövlükdə korrupsiya probleminə son vermir. Bu onların malik olduğu imkanların əlindən alınmaması, dövlət üçün müsadirə edilməməsi demək deyil. Ən başlıca həmin vəsaitlərin ölkədən getməsinin qarşısını almaqdır. Çünki bir çox hallarda bu qeyri-leqal gəlirlər özləri üçün təhlükə hiss edəndə əlverişli şərait axtarırlar özlərinə».

Deputat deyir ki, hansisa korrupsioner məmura qarşi mübarizə həmin qüvvənin müxalif cinaha transfer etməsi, özünə bəraət qazandırması, radioaktiv tullantıların yerə basdırılıb, sonradan təkrar çıxıb dövriyyəyə qayıtması prosesinə çevrilir. Prezidentin atdığı addım isə ölkədə Halallıq və mənəvi mühitin yaranmasına nail olmaq üçün atılıb. Ölkənin normal siyasi atmosferə mənəvi duruma malik olması birinci prezidentin xeyrinədir. Deputat etiraf da edib.

«Etiraf edirik ki, ölkənin iqtisadi, sosial və digər strukturlarının ümumi fəaliyyəti halında Azərbaycanın əldə etdiyi böyük uğurlar iqtisadi-siyasi inkişaf fonunda digər paralel bir müstəvidə inkişaf edib. Bu da məmurun vətəndaş qarşısında qeyri-hesabatlılığı, onun hansısa hallarda haqqının tapdalanması, mülkiyyətin sahibliyinə müqəddəs dəyər verilməməsi, çünki iqtisadi sabitliyin əsası məhz buna dayanır, bu kimi hallar ölkədə ictimai mühitə xeyli mənfi təsir göstərib».

Deputat deyib ki, hamı səmimi olmalı və korrupsiyaqa qarşı mübarizədə fəal iştirak etməlidir.
XS
SM
MD
LG