Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:58

Ötən il azı 42 jurnalist öldürülüb


Jurnalistləri Müdafiə Komitəsi 2010-cu il mətbuata hücumlarla bağlı hesabatını açıqlayıb. Hesabata görə, ötən il dünyada azı 42 jurnlalist öldürülüb, İraqda, Meksikada və Hondurasda jurnalistlərlə bağlı təhlükələr yüksəlib.

Komitə 28 jurnalistin peşə fəaliyyətinə görə ölüb-öldürülmədiyini araşdırır. Ən çox jurnalist Pakistanda öldürülüb - səkkiz nəfər. İraqda onların sayı 6 nəfərdir.

Komitə bildirir ki, 1992-ci ildən indiyə kimi 850 jurnalist qətlə yetirilib və ya təhlükəli ezamiyyətlərdə öldürülüb.

Komitənin hədəfi olan ölkələr bunlardır: Azərbaycan, Ermənistan, Əfqanıstan, Belarus, İran, İraq, Kazaxıstan, Qırğızıstan, Pakistan, Russiya, Serbiya, Ukrayna, Özbəkistan.
XS
SM
MD
LG