Pentaqon 2012-ci maliyyə ili üçün Əfqanıstan və İraqda 117,8 milyard dollar ayrılmasını təklif edib.
ABŞ-ın Müdafiə Naziri Robert Gates təklifi onunla əsaslandırıb ki, onların Əfqanıstanda orta hesabla 98 mindən çox hərbçisi var. Gates bildirib ki, Əfqanıstanda təhlükəsizlik vəziyyəti dəyişərsə, ABŞ hərbisi oranı daha tez tərk edər və "onlara daha xərcləmək üçün pul lazım olmaz".
ABŞ və onun müttəfiqləri planlaşdırıblar ki, 2014-cü ilə kimi yerli təhlükəsizlik məsələsi ilə tamamilə Əfqanıstan hakimiyyəti məşğul olsun.
Pentaqonun təklifində 13 milyard dollar Əfqan təhlükəsizlik qüvvələrinin treninqlərinə və silahlandırılmasına xərclənməsi nəzərdə tutulub.