Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:52

2020-ci ildə Azərbaycan qaz hasilatını 54 mlrd. kubmetrə çatdıracaq


2010-cu ildə Azərbaycan qaz idxalçısından qaz ixracatçısına çevrilib
2010-cu ildə Azərbaycan qaz idxalçısından qaz ixracatçısına çevrilib
2020-ci ildə Azərbaycan qaz hasilatını 54 mlrd. kubmetrə çatdıracaq.

Bu barədə Sənaye və Energetika nazirinin müavini Natiq Abbasov bildirib.

2006-cı ildə Azərbaycan ildə 9 mlrd. kubmetr qaz hasil edirdisə və eyni zamanda daxili tələbatı ödəmək üçün qaz alırdısa, 2010-cu ildə qaz idxalçısından qaz ixracatçısına çevrilib:

«Ötən il Azərbaycanda qaz hasilatı 27 mlrd. kubmetrə çatıb. Artıq Azərbaycan Rusiya, İran, Türkiyə, Gürcüstan kimi ölkələrə qaz ixrac edir. 2020-ci ildə hasilat iki dəfə artaraq 54 mlrd. kubmetrə çatacaq».

N.Abbasov həmçinin bildirib ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2.2 trln. kubmetr təşkil edir:

«Bizdə adətən proqnozlar aşağı olur və hasilata başlandıqdan sonra həcm proqnozdan çox olur». /APA/
XS
SM
MD
LG