Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 00:33

Hillari Klinton: “Xarici yardımların ixtisarı təhlükəsizliyə ziyan vura bilər


ABŞ prezidenti Barak Obamanın 2012-ci il dövlət büdcəsi müzakirələrə səbəb olub. Nümayəndələr Palatası deyir ki, təklif olunan ixtisarlar büdcə kəsirini aradan qaldırmaq üçün kifayət deyil. Eyni zamanda dövlət katibi Hillari Klinton xəbərdarlıq edib ki, respublikaçıların xarici yardımlarla bağlı büdcənin daha da azaldılması milli təhlükəsizlik maraqlarına "ziyan vura bilər".

2012-ci il üçün ölkə büdcəsi 3.73 trilyon dollardır. Respublikaçılar isə dövlət büdcəsinin daha da azaldılmasını tələb edirlər.

Prezident Obama fevralın 14-də bildirib ki, yeni elan edilən büdcə layihəsi ona prezidentlik müddətinin sonuna qədər büdcə kəsirinin iki dəfə azaldılması barədə vədlərini də yerinə yetirməyə imkan verəcək.

Prezident deyib ki, hökumət bəzi proqramlarını dayandırmalıdır, amma ixtisarlar naminə ümumilikdə “biz gələcəyimizi də qurban verə bilmərik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG