Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 06:19

Əlcəzairdə həbs edilənlərin sayı 400 nəfərə çatdı


Qərb agentlikləri beynəlxalq hüquq müdafiə təşkilatlarına istinadla xəbər verirlər ki, Əlcəzairdə hökumət əleyhinə kütləvi etirazlarda 400 nəfərə yaxın adam həbs edilib.

Aksiyada bir neçə min adam iştirak edib.

Əlcəzair müxalifəti Misir və Tunisdə baş verən inqilablardan ruhlanıb.

Yəməndə isə hökumətin istefasını tələb edərək küçələrə çıxmış insanlar mülki geyimli şəxslərlə üz-üzə gəliblər.

Etirazçılar bunların mülki geyimli polis olduqlarını, amma özlərini hökumətin tərəfdarı olan sıravi sakinlər kimi təqdim etdiklərini deyiblər.

Tərəflər arasında toqquşmalarda xəsarət alanlar var.
XS
SM
MD
LG