Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 21:00

İsveçrə Mübarəkin hesablarını dondurdu


Misirin prezidenti Hüsnü Mübarək istefa verib. Bu barədə vitse-prezident Ömər Sülyman fevralın 11-də axşam saatlarında dövlət televiziyası ilə elan edib:

- Əziz vətəndaşlar, ölkənin olduqca çətin dövrünü yaşadığı bir vaxtda prezident Hüsnü Mübarək öz vəzifəsindən istefa vermək qərarına gəlib. O, ölkəyə rəhbərliyi silahlı qüvvələri Ali Şurasına tapşırıb. Allah bizi qorusun.

Ömərin bu çıxışını 18 gündür Mübarəkin istefası tələbləri ilə etiraz askiyaları keçirən müxalifət fəalları Tahrir meydanında alqışlarla qarşılayıblar.

Bir qədər əvvəl Hüsnü Mübarəkin ailəsi ilə birlikdə Misirn istirahət zonası Şarm əl-Şeyxə getməsi haqqında məlumat yayılıb.

“Reuters” agentliyinin məlumatına görə İsveçrənin Xarici İşlər Nazirliyi Hüsnü Mübarəkin hesablarının dondurulduğunu elan edib. Avropa mediası onun var-dövlətinin on milyardlarla dollar olduğunu bildirirlər.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton Mübarəkin Misir xalqının səsini eşidərək stefa verməsini alqışladığını bildirib.

Bu gün səhər ordu ölkədə yeni azad seçkilərin keçirilməsinə təminat verdiyini elan edib.
XS
SM
MD
LG