Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

İranda yüz minlərlə insan Azadlıq Meydanında toplaşıb


Fevralın 11-də İranda İslam İnqilabının 32-ci ildönümü münasibəti ilə mitinq keçirilir. Paytaxt Tehranda Azadlıq meydanında təşkil edilən mitinqə müxtəlif istiqamətlərdən yüz minlərlə insan axışır. Meydanda prezdent Mahmud Əhmədinejadın çıxış edəcəyi gözlənilir.

Nümayişçilər Ərəb ölkələrində baş verən oyanışı dəstəkləyən, ABŞ-ı pisləyən şüarlar səsləndiriblər.

Rəsmilər bildirib ki, bu ilki mitinq həm də Misir xalqına həmrəylik xarakteri daşıyır.

İranın Ali ruhami lideri Ayatollah Ali Khamenei Misirdə islam rejiminin qurulmasına çağırıb.

Hökumət Misir dəyişikliklərini dəstəklədiyini desə də, müxalifətin eyni mövzuda mitinq keçirməsinə icazə verməyib.

Əsas müxalifət fəallarından biri Mehdi Karroubiyə ev dustaqlığı kəsilib. Bir sıra müxalifət rəsmilərinin də həbs edildiyi bildirilir.
XS
SM
MD
LG