Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Misirdə rekord sayda insanın küçələrə çıxacağı gözlənilir


Hüsnü Mübarək növbəti dəfə istefa verməkdən imtina etdikdən sonra fevralın 11-də Misirdə rekord sayda insanın küçələrə çıxacağı gözlənilir.

Nümayişçilər prezident sarayına yürüş etmək niyyətindədir. Dünən Misir prezidenti Hüsnü Mübarək gecə saatlarında xalqa müraciət edib, konstitusiya dəyişiklikləri təklif edib və bəzi səlahiyyətlərini vitse-prezident Ömər Süleymana ötürüb. İnsanlar prezidentin çıxışını qəzəblə qarşılayıblar.

Hüsnü Mübarəkdən sonra danışan vitse-prezident nümayişçiləri evlərinə getməyə çağırıb: «Misirin gəncləri və onun qəhrəmanları: Qayıdın evlərinizə və işlərinizə. Ölkənin sizin çalışmanıza, yaratmanıza ehtiyacı var. Misirin daxilində savaş törətmək və ölkəni zəiflətmək istəyənləri dinləməyin. Yalnız öz vicdanınıza, sizi əhatə edən təhlükəyə verdiyiniz qiymətə qulaq verin».

İki həftədən çoxdur prezidentin istefasını tələb edən nümayişçilər Qahirənin Azadlıq Meydanında qalır.
XS
SM
MD
LG