Rusiya ərazisində görülən təhlükəsizlik tədbirlərinə görə şimaldan Azərbaycana gələn qatarların hərəkətində böyük gecikmələr yaranıb.
APA-nın «Azərbaycan Dəmir Yolları» QSC-ə istinadla verdiyi məlumata görə, «Rusiya Dəmir Yolları» rəhbərliyinin qərarına əsasən, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 2011-ci il fevralın 4-dən Şimali Qafqaz Dəmir Yolunun Dərbənd-Artezian mənzilində qatarların hərəkətinə axşam saat 18:00-dan səhər saat 06:00-dək məhdudiyyət qoyulub.
Buna səbəb kimi son vaxtlar Şimali Qafqaz Dəmir Yolunda tez-tez neqativ halların baş verməsi və Dərbənddə komendant saatının tətbiq olunması göstərilir.
Nəticədə Azərbaycana gələn Moskva-Bakı, Sankt-Peterburq-Bakı, Rostov-Bakı sərnişin qatarları Bakıya təxminən 11 saat yarım, Kiyev-Bakı, Xarkov-Bakı, Tümen-Bakı sərnişin qatarları isə 2-2 saat yarım gecikmə ilə gəlir.
«Azərbaycan Dəmir Yolları» QSC-dən verilən məlumata görə, Bakıdan gedən sərnişin qatarları cədvələ uyğun yola düşür.