Ombudsman Aparatı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Nəzarət şöbəsi Qobustan həbsxanasında araşdırma aparıblar.
Ombudsman Aparatının məlumatında deyilir ki, araşdırma zamanı ömürlük həbs cəzasına məhkum edilmiş Rafiq Bayramov, Fuad Orucov, Daşqın Quliyev, Rüstəm Mehdiyev, Vüqar Dadaşov, Əlibala Əliyev və Şakir Rzaxanovla görüş keçirilib. Onların saxlanılma şəraiti araşdırılıb.
Adıçəkilən məhbuslardan yalnız biri - Şakir Rzaxanov aclıq aksiyası keçirdiyini bildirib. O, bu barədə müəssisə rəisinə müraciət etməyib. Şakir Rzaxanov deyib ki, aclıq aksiyası keçirməsinə səbəb onlarla bir kamerada saxlanılan ömürlük məhkumlardan birinin yerinin dəyişdirilməsi olub.
Məhkumlar həbsxananın tibb hissəsinin rəisindən və burada olan tibb köşkünün fəaliyyətindən narazılıq ediblər.
Şakir Rzaxanovun anası Müslümət Rzaxanova AzadlıqRadiosuna deyib ki, oğlunun ağır xəstə məhbuslarla bir kamerada saxlanmasının səbəbini heç cür anlaya bilmir:
«Oğlum həbsxana rəhbərliyinə də yazıb bu barədə. Üçillik «kars» cəzasından sonra onu ağır və yoluxucu xəstəliyə düçar olan məhbuslarla eyni kamerada saxlayırlar. Oğlum rəhbərliyə yazmışdı ki, bu qədər boş kamera ola-ola məni niyə belə vəziyyətdə saxlayırsız».
Yayılan rəsmi məlumatdan fərqli olaraq, Müslümət Rzaxanova iddia edir ki, tək onun oğulu yox, başqa ömürlük məhbuslar da aclıq edir.