Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 16:30

ABŞ Misirə təzyiqi artırır


Birləşmiş Ştatlar siyasi dəyişikliyin sürətlənməsi üçün Misirə təzyiqi artırır. Ağ evin sözçüsü Robert Gibbs deyib ki, Vaşinqton hakimiyyətin 82 yaşlı prezident Hüsnü Mübarəkdən ötürülməsi üçün "konkret addım" gözləyir.

ABŞ prezidenti Səudiyyə Ərəbistanının kralı Abdulla ilə telefon danışığında da öz mesajını bir daha vurğulayıb.

Obama bildirib ki, "nizamlı tansferə ehtiyac var və bu ötürülmə çoxtərəfli, davamlı, qanuni, məsuliyyətli olmalıdır".

İki həftəlik etiraz aksiyalarına baxmayaraq, Mübarək istefa verməkdən imtina edir və deyir ki, yalnız sentyabrda prezidentlik səlahiyyət müddəti bitəndən sonra hakimiyyətdən gedəcək.
XS
SM
MD
LG