Keçid linkləri

2026, 07 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 17:25

Misirdə baş vermiş toqquşmalarda daha 3 adam ölüb

Bu gün Misirin El Kharga şəhərində təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında baş vermiş toqquşmada azı 3 adam ölüb,100-ə yaxın adamsa yaralanıb.

Həmçinin ölkə paytaxtı Qahirədə etiraz aksiyası davam edib.

Nümayişçilər parlament binasına girişi bağlayıblar.

Nüfuzlu müxalifət qrupu hesab olunan “ Müsəlman qardaşları” hərəkatı prezident Hosni Mubarakın təcili istefasını tələb edir.

Amma hərəkat eyni zamanda hakimiyyəti zorla ələ keçirmək fikrində olmadığını bildirir.
This item is part of
XS
SM
MD
LG