Fransa-İrlandiya futbol millilərinin görüşündə fransız Tierri Anri topu əlilə saxlayandan sonra onun komandası hesabı bərabərləşdirdi. Bu qol Fransa millisinə Dünya çempionatının final mərhələsinə vəsiqə verdi.
Anrinin qaydaları pozması təkrar TV görüntülərdə açıq-aydın nəzərə çarpır. Fransa hücumçusu özü də bunu etiraf edir. Etiraz edən irlandiyalılar oyunun yenidən keçirilməsini tələb edir. Lakin mövcud qaydalar hakimin qərarının - hətta səhv olsa belə - əsas götürülməsini tələb edir.
Sizcə görüşün yenidən keçirilməsinə ehtiyac varmı?