Azərbaycana yağan qar siyasətçilər arasında mübahisəni də qızışdırıb. Müxalifət deyir ki, bir qara görə bütün ölkə boyu hərəkətin dayanması, hər yerdə, hətta metroda elektrikin kəsilməsi hökumətin qışa hazırlaşmadığını, ümumiyyətlə vətəndaşı qorumağa qadir olmadığını göstərdi.
İqtidar isə deyir ki, əslində bu cür kəskin iqlim dəyişikliyində uğurlu işinə görə hökumət nümayəndələri mükafatlandırılmalıdır.
Bəs, Siz necə qışda Azərbaycanda yaranan vəziyyəti necə qiymətləndirirsiniz?