Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:27

Prezident əfv fərmanı verdi. Mövzunu şərh edin


Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı fərmanla yazısına görə tutulan beş jurnalist əfv edildi. Bunlar Yaşar Ağazadə, Rafiq Tağı, Samir Sədaqətoğlu, Fərəməz Allahverdiyev və Rövşən Mahmudovdur (Kəbirli). Hazırda həbsdə olan digər dörd jurnalistin – Eynulla Fətullayev, Sakit və Qənimət Zahidovlar və Müşfiq Hüseynovun adı siyahıda yoxdur. Siyasi məhbus hesab olunan Müsavat Partiyasının fəalı Pirəli Orucov, AXCP üzvü Elman Cəlilov və keçmiş spiker Rəsul Quliyevin qohumu Etibar Quliyev də azad edilənlər arasındadı.

Bütövlükdə fərman 119 nəfərə aid edilib. Sənədə əsasən, 114 nəfər azadlığa buraxılır, 2 nəfər cazadan azad edilir, 1 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilir. İki nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır.

Mövzunu şərh edin. Səsiniz «Azadlıq» radiosundan eşidiləcək!

QEYD: MESAJLAR REDAKTƏ OLUNANDAN SONRA SAYTA YERLƏŞDİRİLİR

XS
SM
MD
LG