Azərbaycanın 2008-ci il büdcəsi 40 faizə qədər artırılacaq. «Büdcə sənədinə dəyişiklik haqqında» qanun layihəsi artıq parlamentə təqdim olunub. Sənəd mayın 2-də deputatların müzakirəsinə çıxarılacaq.
Büdcənin artım hissəsinin böyük bir qismi yenidən tikinti sektoruna yönəldiləcək.
Hökumət büdcənin yeni variantında tikinti xərclərini birdən-birə 1,5 milyard manat artırır. Hazırkı variantda tikinti sektoruna yönəldilməli olan vəsaitlərin həcmi 2,8 milyard manat göstərilir. Artımdan sonra isə tikinti, təmir və yenidənqurma sektoruna ayrılan vəsait ümumi büdcənin 58,3 faizini təşkil edir.
Dövlət büdcəsindən tikinti xərclərinə ayırmaların artırılmasına necə
baxırsınız? Mövzunu şərh edin
VACİB QEYD: MESAJINIZ REDAKTƏ OLUNDUQDAN SONRA SAYTA YERLƏŞDİRİLƏCƏK. FORUMDAKI ŞƏRHLƏR İNTERNET İSTİFADƏÇİLƏRİNƏ AİDDİR. HƏMİN FİKİRLƏRƏ GÖRƏ, «AZADLIQ» RADİOSU VƏ YA ONUN İNTERNET SƏHİFƏSİ MƏSULİYYƏT DAŞIMIR