Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:42

Avropa Birliyinin Rusiyaya qarşı bəyannaməsini necə qiymətləndirirsiniz?


Avropa Birliyi Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasını pisləyib və digər ölkələri bunu etməməyə çağırıb.

Buna baxmayaraq, AB Moskva ilə tərəfdaşlıq münasibətlərini kəsmək istəmir. «Biz Gürcüstanın hərəkətlərinə Rusiyanın qeyri-proporsional reaksiyasını qəti pisləyirik, amma biz Avropada rus qonşularımızla dialoqun zəruriliyini anlayırıq», – deyə mətbuat konfransında Fransa prezidenti Nikola Sarkozi bildirib.


Sammitdən qabaq Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışları səslənirdi. Amma yekun bəyannamədə bu haqda heç nə deyilmir.

Brüsselin qəbul etdiyi bəyannamə gözlədiyinizdən sərt, yoxsa yumşaqdır?
XS
SM
MD
LG