Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

BMT: Dünya yaxın zamanlarda yemək və su uğrunda müharibələrlə üzləşə bilər


BMT-nin xüsusi məruzəçisi Jan Ziqler bəyan edib ki, dünya uzun münaqişələr dövrünə qədəm qoyur. Bu münaqişələr ərzağın qiymətinin artması və yeyinti məhsullarının kəskin çatışmazlığı ilə əlaqədar olacaq.

Ziqler deyib ki, dünyada düyünün qiyməti yalnız iki ayda 52 faiz, taxılın qiyməti isə dörd ayda 84 faiz artıb. Hələ qiymətlər qalxmamışdan əvvəl dünyada hər 5 saniyədən bir 10 yaşınadək bir uşaq ölürdü, 854 min insan isə yarıac vəziyyətdə yaşayırdı.

J. Ziqler bildirib ki, Qərbdə ailələr ərzağa öz büdcələrinin 10-20 faizini, dünyanın ən kasıb rayonlarında isə 60-90 faizini xərcləyirlər. Bu vəziyyəti BMT məruzəçisi «partlayıcı» adlandırır.

Bəs Azərbaycanda vəziyyət necədir? Hökumət ərzaq qıtlığı təhlükəsini önləmək üçün hansı tədbirlər görür?

Mövzunu şərh edin!

VACİB QEYD: MESAJINIZ REDAKTƏ OLUNDUQDAN SONRA SAYTA YERLƏŞDİRİLƏCƏK. FORUMDAKI ŞƏRHLƏR İNTERNET İSTİFADƏÇİLƏRİNƏ AİDDİR. HƏMİN FİKİRLƏRƏ GÖRƏ, «AZADLIQ» RADİOSU VƏ YA ONUN İNTERNET SƏHİFƏSİ MƏSULİYYƏT DAŞIMIR

XS
SM
MD
LG