Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 16:13

Dövlət Departamenti Azərbaycanda insan haqlarının pozulmasının davam etdiyini bildirir. Siz nə fikirləşirsiniz?


Amerika Dövlət Departamentinin insan haqlarıyla bağlı hesabatında Azərbaycanda vəziyyətin aşağı səviyyədə olduğu deyilir. Hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri vətəndaşların hüquqlarını pozmaqda tənqid olunur. Sənəddə deyilir ki, Azərbaycanda 2005-ci ildə keçirilən seçki prosesi beynəlxalq standartlara uyğun deyil. Həbsxanalarda işgəncə verilməsi faktları var. Hökumət siyasi motivlərə görə, vətəndaşları həbsxanada saxlamaqda davam edir. Ədliyyə və hüquq-mühafizə orqanlarında korrupsiya mövcuddur. Azad mətbuat və sərbəst toplaşma, siyasi həyatda iştirak daha da kəskinləşmişdir. Siz nə fikirləşirsiniz?

Mövzunu şərh edin.

XS
SM
MD
LG