Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 06:35

Gəncədə iki gündür mərkəzi yollar niyə bağlıdır?


Bütün mərkəzi yollar bağlanıb
Bütün mərkəzi yollar bağlanıb
Gəncədə fevralın 8-dən ölkə prezidentinin gəlişinə hazırlıq gedir. Yollardakı xətlər rənglənir, təmizlənir. Mərkəzi küçələrdə avtomobillərin də, piyadaların da hərəkəti qadağan edilib.

Yolların bağlanması sürücüləri də, piyadaları da narahat edir. 2 gündür ki, tıxaclarda bəzən yarım saatadək gözləyən və işə gecikən şəhər sakini Səbinə Ələkbərova deyir ki, avtomobilini bələd olmadığı yol kənarında saxlamalı olub. Üstəlik, qızını oxuduğu məktəbdən götürə bilməyib. Yolların açılmasını gözləyir:

«Prezidentin bu gün gəlməyinə baxmayaraq yollar artıq 2 gündür ki, iflic vəziyyətdədir. Bütün mərkəzi yollar bağlanıb. Bu gün artıq piyadalara da icazə verilmir mərkəzi küçələrdən keçməyə. Baxmayaraq ki, prezident hələ gəlməyib. Mən maşınımı mərkəzi küçənin birində atıb gəlməyə məcbur qaldım. Qızım məktəbdə qalıb, çıxa bilməyib».

Söhbətləşdiyim digər sakinlər də vəziyyətdən narahatdırlar, deyirlər prezidentin hər səfərində eyni hadisə təkrarlanır.

«PREZİDENTİN TƏHLÜKƏSİZLİYİ NAMİNƏ NƏ QƏDƏR İNSAN TƏHLÜKƏYƏ DÜŞÜR»

«Gəncənin küçələri prezident gələndən-gələnə rənglənir. Prezident gedib bütün rayonları gəzir, səhər tezdən bağlayıblar yolları. Şəhər bütün iflic vəziyyətdədir. Gəncədə prezidentin təhlükəsizliyini qorumağa ehtiyac varsa, deməli, Gəncə ən təhlükəli şəhərdir. Onda biz niyə burda yaşayırıq? Deməli, bizim həyatımızın heç bir əhəmiyyəti yoxdur. Yalnız prezidentin həyatı önəmlidir.
Gəncənin küçələri prezident gələndən-gələnə rənglənir
Bu nədir axı nə baş verir şəhərdə? Hər addımdan bir polis qoyublar».

«Bağlansın, biz bir söz demirik. Prezident keçir, təhlükəsizlik üçün edirlər. Amma keçməmişdən bir neçə saat qabaq bağlasınlar. Prezident saat 4-5 də keçəcək, yollar dünəndən bağlanıb. Marşrut sürücüləri şəhərdə dövrə vururlar içindəki sərnişinlərlə birgə. Piyadaları da buraxmırlar mərkəzi küçələrə. Niyə? Prezident gələndə ancaq yollar təmizlənir. Biz başqa vaxt bunu görmürük, ancaq bu vaxt olur».

TƏCİLİ TİBBİ YARDIM MAŞINLARINA BELƏ İCAZƏ YOXDUR

«Mən şəhərdə tıxacda qalmışdım. Gördüm ki, bizlə bərabər təcilli tibbi yardım maşını var. Mən onun siqnalizasiyasından başa düşdüm ki, maşında xəstə var».

«Hər il belədir, yolları bağlayırlar, keçid mümkün olmur. Marşrutla getməliydik, yollar bağlıydı».

Bəzi sakinlər isə bu vəziyyəti müvəqqəti narahatçılıq adlandırır:

«Nə olacaq bağlanıb, bir az keçmiş açılar. Müvəqqəti olan şeydir».

«PREZİDENTƏ SÖZÜM VAR»

«Nə olacaq bağlanıb, bir az keçmiş açılar. Müvəqqəti olan şeydir»
Müsahiblərim arasında prezidentə söz demək istəyənlər çox idi. Deyirdilər ki, polislər ölkə başçısına yaxınlaşmağa icazə verməzlər. Odur ki, elə mikrofonu görüb ürəklənənlər problemlərindən danışdılar:

«Prezidentə deyərdim ki, yoldaş prezident, mağazalarda, bazarlarda qiymətləri aşağı salardız, dolanmaq olmur. Gedirsən, almanı deyir 1 manat 20 qəpiyə».

«İnstitutlarda olan müəllimlərin maaşları aşağı səviyyədədir. Onun düzəlməyini istəyərdim. Əməkhaqqı böyük rol oynayır ki, müəllim dərsə az maraq göstərir».

Gəncə şəhər İcra Hakimiyyətindən bildirdilər ki, prezidentin Gəncəyə gəlişi fevralın 9-da axşam saatlarında baş tutacaq. Bu vaxta qədər yollar açılmayacaq.

Gəncədə İlham Əliyev yay ayından əsaslı təmirinə başlanılan «Xan bağı»nın açılışını edəcək.

Prezident İlham Əliyev fevralın 9-da səhər Qərb bölgəsinə səfər edib. Dövlət başçısı səfərinə Qazax rayonundan başlayıb. Prezident gömrük-keçid məntəqəsinin, həmçinin, Sınıqkörpü - Qazax yolunun, Şıxlı kəndindəki orta məktəbin açılışında iştirak edib, Səməd Vurğun adına Poeziya Evində olub.
XS
SM
MD
LG